Rusiyada qadını zorladı, Ağdamda tutuldu

Rusiyada qadını zorladı, Ağdamda tutuldu
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyada qadını zorlayan şəxs Azərbaycanda tutulub. A24.Az xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsi (zorlama) ilə beynəlxalq axtarışda olan Yaşar Aslanov tutulub.

Bundan başqa Rusiyada axtarılan daha bir şəxs də ölkəmizdə ələ keçib. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rusiya vətəndaşı Səxavət Quliyev tutulub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar