Rusiyada türk iş adamlarının kütləvi həbsi başladı

Rusiyada türk iş adamlarının kütləvi həbsi başladı
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyada çalışan və ya bu ölkəyə müvəqqəti işgüzar səfərə gedən türkiyəli iş adamlarına təzyiqlət artıb. Bu həftə ərzində (noyabrın 24-26-sı arası) təkcə “YuqAqro” sərgisinə qatılan Türkiyə vətəndaşlarından 39 nəfəri “miqrasiya qanunlarını pozmaq” adı altında saxlanıb.

a24.az” virtualaz.org saytına istinadən xəbər verir ki, saxlanılan həmin türk vətəndaşları sərgidə Türkiyə məhsullarını nümayiş etdirən iş adamları, şirkət nümayəndələri olublar.

Federal Təhlükəsizlik Xidmətinin Krasnodar vilayəti üzrə idarəsindən bildiriblər ki, saxlanılan türk iş adamlarının “biznes fəaliyyəti üçün müvafiq icazəsi və işgüzar vizası olmayıb”.

Federal Təhlükəsizlik Xidmətinin Krasnodar vilayəti üzrə idarəsi immiqrasiya nəzarəti şöbəsinin müavini Vartan Ter-Saakyan bildirib ki, Rusiyaya sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə bağlı gələn Türkiyə vətəndaşlarının işçi vizalarının olması məcburidir.

Məlumata görə, türk iş adamları viza qaydalarını pozmaqda ittiham olunur. Onlar 2-5 min rubl arasında cərimə ödəməli olacaqlar. Cəriməni ödəyəndən sonra isə Rusiyadan deportasiya ediləcəklər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar