Rusiyadan Azərbaycan əleyhinə addım: Ermənistanla birlikdə...

Rusiyadan Azərbaycan əleyhinə addım: Ermənistanla birlikdə…
Want create site? Find Free WordPress Themes and plugins.

“Rusiya və Ermənistan Qafqazda regional təhlükəsizlik üçün güc və vasitələr yaratmalı, birlikdə kollektiv təhlükəsizlik tədbirləri haqqında razılığa gəlməlidir”

A24.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Hərbi Kosmik Qüvvələrinin baş komandanının birinci müavini Pavel Kuraçenko deyib.

Onun sözlərinə görə, hərbi qüvvələrin tərkibi haqqında sənəd artıq imzalanıb: “O tərkibə Rusiya və Ermənistan tərəfindən ortaq region qüvvələrinə və Qafqaz bölgəsi kollektivinə nə qədər hərbçi ayrılacağı müəyyən olunub. Bu sənədi həm Rusiya həm də Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri imzalayıblar. Sənədi təsdiq etmək üçün Rusiya Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Vigen Sarkisyana göndəriblər. Analoji sənəd artıq Qazaxıstanla tərəflə razılaşdırılaraq, təsdiq edilib. Bununla yanaşı, Rusiya Qırğızıstan və Tacikistanla hava ərazilərini qorumaq üçün ortaq regional hərbi qüvvləri yaradılması üçün razılaşdırma işlərini davam etdirir”, – deyə Pavel Kuraçenko əlavə edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar