Rusiyadan sui-qəsdlə bağlı AÇIQLAMA

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qatıldığı bir sərgidə uğradığı silahlı hücum nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama verib.
O qeyd edib ki, “Türkiyə ilə Rusiyanı qarşı-qarşıya gətirmək istəyirlər.O tətiyi çəkənlərin radikal islamist olduğundan heç bir şübhəm yoxdur. Və İŞİDmı yoxsa “Əl Nüsra”mı olduğunun heç bir əhəmiyyəti yoxdur. Məqsədlərinin ölkəmizdən Suriya üçün intiqam almaq olduğu ortadadır. Bu hücum bir çox terror hücumlarının ardından reallaşdı. Türkiyənin əlaqədar xidmətlərinin təhlükəsizlik tədbirlərini almaları lazım idi” deyə Klitseviç bildirib.
Digər tərəfdən Rusiya Dövlət Duması Təhlükəsizlik Komissiyasının sədri Leonid Slutsikiy də xain hücumun Türkiyə-Rusiya əlaqələrini mənfi təsir etməyəcəyini söyləyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR