Rusiyalı ekspertdən MÜHARİBƏ ANONSU: “Qarabağda müharibə qaçılmazdır”

Rusiyalı ekspertdən MÜHARİBƏ ANONSU: “Qarabağda müharibə qaçılmazdır”
Want create site? Find Free WordPress Themes and plugins.

“Mən prosesləri izləyirəm və təəssüflə deyirəm ki, müharibə praktiki olaraq qaçılmazdır”.

A24.Az-ın xəbərinə görə, bunu Rusiyanın məşhur hərbi eksperti Pavel Felqenhauer haqqın.az saytına Dağlıq Qarabağ münaqişəsi zonasındakı şiddətli döyüşlərə münasibət bildirərkən deyib.

Bəs tərəfləri təxribata sürükləyən, təmas xəttində bu cür gərginliyi yaradan kimdir?

Felqenhauerin fikrincə, xarici qüvvələr hazırda başqa işlərlə məşğuldurlar. Ekspert qeyd edib ki, hətta ABŞ və Rusiyanın baş qərargah rəislərinin Bakı görüşünün də Qarabağ probleminə aidiyyəti yox idi. “Dünya Qarabağı unutmağa çalışır. Müharibə olmasa, bu problemi xatırlayan yoxdur”-deyə o əlavə edib.

Hərbi analitik bildirib ki, Azərbaycan və Ermənistan razılaşsa, gərginliyin səviyyəsini azalda bilərlər, ancaq bütün bunlar müvəqqəti olar. Felqanhauerin fikrincə, cəbhə xəttindəki mənzərə kədərlidir:

“İndi “müharibə başlanacaq, ya yox” sualını verməyin mənası yoxdur. Əsas sual bu olmalıdır: “Müharibə nə vaxt başlanacaq””.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 24-dən 25-ə keçən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar