Rusiyalı merin oğlu Tailandda həbs edildi

Rusiyalı merin oğlu Tailandda həbs edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın  Barnaul şəhərinin meri İqor Savinçevin oğlu Maksim Tailandın kurort şəhəri olan Pattayada həbs edilib.

“A24.az” xəbər verir ki,  Maksim İnterpolun xəttilə axtarışa verilib. O, dələduzluqda ittiham edilir.

Bu faktı Rusiyanın Tailanddakı konsulluğu təsdiq edib. Maksimin yaxın zamanlarda Rusiyaya deportasiya ediləcəyi gözlənilir.

Maksim haqda cinayət işi ötən ilin sentyabrında açılıb. O, çox ucuz qiymətə “Etimad” şirkətinin 100 faizlik aksiyalarını alıb. Bu zaman Barnaul şəhər büdcəsinə 19 milyon rubl ziyan dəyib. Bundan başqa Maksim şirkətin Baş direktoru Denis Suçkov və Baş mühasibi Svetlana Bronitskaya ilə əlbir olaraq şirkətin hesabına köçürülən 12 milyon rubl dəyərində olan kommunal pullarını mənimsəyiblər.

Qeyd edək ki, Maksim haqda cinayət işi açılan zaman onun atası İqor Savinçevin iş otağında axtarış həyata keçirilib.

Maksimin özü isə beynəlxalq axtarışa verilib. Barnaulun Oktyabr rayon məhkəməsi qiyabi olaraq onun haqda həbs cəzası kəsib.

(AZNEWS.AZ)

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Dünya, Kriminal, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar