Rusiyalı pilotun cənazəsi Rusiyaya gətirilib – VİDEO

Rusiyalı pilotun cənazəsi Rusiyaya gətirilib – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulan SU-24 təyyarəsinin pilotunun cənazəsini daşıyan təyyarə Moskva vilayətinin Çkalov aerodromunda eniş edib.

“A24.az” bildirir ki, APA-nın xəbərinə görə, bu barədə “Zvezda” telekanalı məlumat yayıb. Pilot Oleq Peşkovun cənazəsini daşıyan təyyarə bu gün səhər saatlarında Türkiyədən yola salınıb. Uçuşdan əvvəl təşkil olunan matəm mərasimində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov və güc strukturlarının nümayəndələri iştirak ediblər.

Pilotun meyiti Türkiyə ərazisinə ötən gün gətirilib. Oleq Peşkov dekabrın 2-də Lipetskdə dəfn ediləcək.

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri noyabrın 24-də Suriya istiqamətindən sərhədi pozan Rusiyanın “Su-24” bombardmançı təyyarəsini vurub. Nəticədə O. Peşkov həlak olub, digər ekipaj üzvü isə yaralanıb. O. Peşkova ölümündən sonra “Rusiya qəhrəmanı” adı verilib.

“A24.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

https://www.youtube.com/watch?v=e4dWMGHnNcs

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar