Rusiyanın 11 min turisti geri qaytarılıb

Rusiyanın 11 min turisti geri qaytarılıb
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya son 24 saatda 11 min rusiyalı turistin Misirdən geri qaytarıldığını deyir. Qalanları isə bu gün dönməlidir.

Moskva cümə günü bəyan edib ki, təyyarə qəzasından sonra Misirdən Rusiyaya bütün uçuşlar dayandırılıb.

Onlarla xüsusi təyyarələr isə evə dönmək istəyən turistləri gətirməyə başlayıb.

Sankt-Peterburqda isə əksəriyyəti rusiyalı olan 224 nəfər həlak olmuş şəxsin anma günü keçirilib.

Böyük Britaniya oktyabrın 31-də Şarm-əl-Şeyx hava limanından qalxan Rusiyaya məxsus Metrojet 9268 nömrəli təyyarənin qəzaya uğramasından sonra 3500 britaniyalını geri qaytarıb.

Çərşənbə günündən bəri Böyük Britaniyadan Şarm-əl-Şeyxə və geriyə uçuşlar dayandırılıb.

Britaniya təyyarənin qoyulmuş bombaya görə qəzaya uğraması barədə ehtimal irəli sürüb. Rusiya bu bəyanatı öncə rədd etsə də, sonradan Misirə və geriyə uçuşları dayandırıb.

Ruslar Misirə ən çox səyahət edən turistlər sırasında üçüncüdür.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar