Rusiyanın göyərtəsində 14 hərbçi olan təyyarəsi itib

Rusiyanın göyərtəsində 14 hərbçi olan təyyarəsi itib
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın göyərtəsində 14 hərbçi olan “İl-20” təyyarəsi sentyabrın 17-si axşam saatlarında Aralıq dənizi hövzəsi üzərində itib.

“A24.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin xəbərinə istinadən “RİA-Novosti” məlumat yayıb.

“Sentyabrın 17-si saat təqribən 23:00-da (Bakı vaxtı ilə 00:00-da) Aralıq dənizi hövzəsi üzəri ilə Xmeymim aviabazasına geri dönən zaman Suriya sahillərindən 35 km aralıda Rusiyanın “İl-20″ təyyarəsinin heyət üzvləri ilə əlaqə kəsilib”, – deyə məlumatda bildirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə İsrailə məxsus dörd “F-16” təyyarəsinin Latakiya əyalətindəki Suriya obyektlərinə hücumu zamanı itib.

Həmçinin bildirilir ki, Rusiya hava məkanına nəzarət vasitələri həmin ərazidə olan Fransanın “Auvergne” freqatından raket atıldığını da qeydə alıb.

Qeyd olunur ki, Rusiyanın Xmeymim bazasının komandanlığı “İl-20” təyyarəsinin itməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatı təşkil edib.

Report.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar