Rusiyaya məxsus təyyarə qəzaya uğradı

“A24.az” saytı “Sputnik” agentliyinə əsasən bildirir ki, Sibirdə 39 nəfər sərnişinin olduğu “İl -18” Rusiya təyyarəsi qəzaya uğrayıb.

111_357

 

Məlumata əsasən, Yakutiyada 32 sərnişin və 7 heyət üzvü olmaqla, 39 nəfəri daşıyan “İl-18” Rusiya təyyarəsi qəzaya uğrayıb. Rusiyanın Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verərək deyib: “Təyyarədəki bütün şəxslər sağdırlar. Axtarış və xilasetmə helikopterləri sərnişinləri tibb mərkəzlərinə aparıb.

 

“RİA Novosti”-nin xəbərinə əsasən, yerə düşən təyyarə üç yerə ayrılsa da partlayış və yanğın baş verməyib. Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu qeyd edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR