Rusiyanın loukoster şirkəti Azərbaycandan gedir

Rusiyanın loukoster şirkəti Azərbaycandan gedir
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın hava nəqliyyatı federal agentliyi “Aeroflot”un törəmə şirkəti olan “Pobeda” loukoster şirkətinin Azərbaycana reyslər həyat keçirmək icazəsini geri çağırıb.

A24.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Daşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə qurumlararası komissiyasının protokolunda bildirilir.

Qeyd edək ki, “Pobeda” aviaşirkəti ötən ilin iyulunda həftədə dörd dəfə Rostovdan Bakıya reyslər həyata keçirmək hüququ əldə etmiş və oktyabrın 31-dən uçuşları həyata keçirməyə başlamışdı. Lakin bu ilin may ayının 30-dan reyslər ləğv olunmuşdu.

Bundan başqa, “VİM Avia” şirkəti icazə aldıqdan sonrakı müddətdə uçuşlar keçirmədiyi üçün icazəsi geri çağırılıb.

Sənəddə qeyd olunur ki, “Severnıy Veter” aviaşirkəti həftədə yeddi dəfə olmaqla Rostovdan Bakıya sərnişin daşımaq hüququ əldə edib.

“Yamal” aviaşirkəti də Tümen-Bakı və Surqut-Bakı marşrutları üzrə həftədə dörd dəfə reyslər həyata keçirmək icazəsi alıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar