Rusiyanın Moskva regionunda 69 ekstremist saxlanıldı

Rusiyanın Moskva regionunda 69 ekstremist saxlanıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN əməkdaşlarının Moskva regionunda birgə keçirdikləri əməliyyat nəticəsində “Təbliği Camaat” beynəlxalq ekstremist təşkilatının 69 üzvü saxlanılıb.  

A24.Az APA-ya istinadən verdiyi xəbərə görə, gizli şəkildə fəaliyyət göstərən qruplaşmaya Orta Asiya ölkələrindən olan şəxslər rəhbərlik edib, saxlanılan ekstremistlər arasında Rusiya vətəndaşlarının da olduğu bildirilir.

Axtarışlar zamanı saxlanılan şəxslərdən rabitə vasitələri, ekstremist ədəbiyyat, qanunsuz fəaliyyət barədə hesabatların əks olunduğu elektron informasiya daşıyıcıları aşkarlanaraq götürülüb.

Rusiya CM-nin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar