Ruslar qənaət etməyə başladı

Ruslar qənaət etməyə başladı
Want create site? Find Free WordPress Themes and plugins.

NewRussiaRusiya bir-birinin ardınca zərbələr alır

“A24.az” saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi adambaşına düşən gəlir, ticarət həcmi və inflyasiya kimi əsas makroiqtisadi göstəriciləri yenilədi.

Maliyyə Nazirliyi neft qiymətləri 80 dollar səviyyəsində qaldığı təqdirdə yeni ehtimalların doğru olacağını, bu qiymətlər aşağı düşdüyü təqdirdə isə daha da pis olacağını bildirdi.

Nazirlik qərbin sanksiyalarının tətbiqindən sonra ölkədən kənara çıxan vəsaitin əvəzinə ehtiyatlarında olan vəsaitin 10%-nə qarşılıq olan 500 milyard rublu bazara çıxartmağı planlaşdırır. Rusiya rublu sürətlə aşağı düşdüyünə görə ölkədə bir çox pərakəndəçi qiymətləri artırdı. Qiymətlərdəki artımın isə bu səviyyədə olmaması gözlənilir.

Rusiya prezidenti Vladimir Putin, imzaladığı qanunla minimum əməkhaqqını 6% artırdı. Bu artımdan sonra 2015-ci il üçün müəyyən edilən minimal əməkhaqqı 5 965 rubla yüksəldi.

Aparılan ictimai sorğuya əsasən, ruslar indidən qida məsrəflərinə qənaət etməyə başladılar. Statistikaya əsasən, xarici şirkətlərin Rus bazarından çıxması, eləcə də xaricdəki Rusiya şirkətlərində və ictimai sektorda işdən xaric edilmələr səbəbilə ölkədə işsizlik artdı.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar