Ruslar şok oldu: ABŞ İŞİD-çiləri vurmadı – FOTOFAKT

Ruslar şokda: ABŞ İŞİD-çiləri vurmadı – FOTOFAKT
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Müdafiə Nazirliyi Suriyada fəaliyyət göstərən ABŞ koalisiya qüvvələrinin İŞİD ilə işbirliyində olduğunu iddia edib.

“A24.az”ın Türkiyə KİV-dən əldə etdiyi məlumata görə, Suriyanın Deyrizor bölgəsində gərginlik güclənib. Əvvəlcə PYD-nin göz dikib əsgər bazası qurmağa çalışdığı bölgədə indi ABŞ-ın İŞİD-lə iş birliyində olduğu ortaya çıxıb.

Rusiya hərbi qulluqçuları Beynəlxalq koalisiyaya iki dəfə müraciət edərək, Fırat çayının cənub sahillərindəki İŞİD qüvvələrini məhv etmək üçün birgə əməliyyat keçirilməsini təklif etdiyini qeyd edən nazirlik “Amerikalılar Cenevrə müqaviləsini əsas gətirib, könüllü şəkildə İŞİD-çilərin təslim olduqlarını müdafiə edərək onları vurmağı rədd etdilər” deyə qeyd edib.

Rusiya Müdafiə Nazirliyi İŞİD sonuncu mənzili olan Suriyanın Əbu Kemal qəsəbəsində keçirilən əməliyyat zamanı Amerikanın İŞİD-ə verdiyi dəstəyi gözlər önünə sərib.

Belə ki, Rusiyanın Müdafiə Nazirliyi 9 noyabrda rus ordusunun açdığı atəşlərdən qaçmağı bacaran İŞİD silahlılarının neçə kilometr uzaqlıqda Suriya-İraq sərhəddində yerləşən Sabha vadisinə doğru irəlilədikləri görüntüləri dronlar vasitəsi ilə çəkib.

Nazirlik bununla yanaşı koalisiya qüvvələrinin Əbu Kemaldakı İŞİD silahlılarını qorumaq üçün Rusiya Hava Qüvvələrinin əməliyyatına mane olmağa çalışdığını da bildirib.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Foto xəbər, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar