Şəhriyar Məmmədyarov özünə brendmeyker tapdı - FOTO

Şəhriyar Məmmədyarov özünə brendmeyker tapdı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Bir neçə ay öncə məşhur şahmatçımız Şəhriyar Məmmədyarovun sosial media hesabından sponsor məsələsi ilə bağlı paylaşdığı status gündəm mövzusuna çevrilmişdi.

A24.Az xəbər verir ki, həmin statusunda sponsorsuzluqdan gileylənmiş Məmmədyarov artıq bu problemin həlli yönündə irəliyə doğru daha bir addım atıb.

O, internet texnologiyası sahəsində fəaliyyət göstərən agentliklərdən biri ilə razılığa gəlib. Həmin agentliyin 25 yaşlı sahibi Fərid Məhərrəmli öz şəxsi “Instagram” hesabında “Grand Master Shakhriyar Mammedyarov and his new brandmaker” (Qrossmeyster Şəhriyar Məmmədyarov və onun yeni brendmeykeri) başlığı altında birlikdə olan şəklini paylaşıb.

Qeyd edək ki, Şəhriyar Məmmədyarovun meneceri sponsorluq müqaviləsinə görə ilinə 500 min manat verilməsini istəyirdi.

 

Oxu.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar