A24 Xeber

Sərdar Aminin yeni romanı nəşr edildi – “Su sərgisi”

Sərdar Aminin yeni romanı nəşr edildi – “Su sərgisi”
458
06 Dekabr 2018 - 16:24

Sərdar Aminin “Su sərgisi” romanı nəşr olunub.

A24.Az xəbər verir ki, roman ömrünə 1 ay qaldığını öyrənən gəncin son günlərini sərgiləyir.

Ölüm qarşısında laqeydləşən gənc son ümid kimi türkçarəçi qocadan xəstəliyini gizləyir. Bu yalandan xəbər tutan müdrik isə gəncə artıq sağaldığını deyərək, yalana yalanla cavab verir. İki müqəddəs yalan bir həyatı xilas edəcəkmi?
Bəs təbiət – o, hər an insanla vəhdət deyilmi?
Bunun üçün sıradan bir addım kənara çıxıb köks ötürmək yetərmiş…
Səma, ölüm, qadın, su… Sərdar Aminin romanı yer-göylə əlləşən gəncin bulanlıq mübarizəsindən bəhs edir.

“Qanun” nəşriyyatında çapdan çıxan romanın təqdimat mərasimi dekabrın 15-i, saat 15:00-da Dillər Universitetinin akt zalında baş tutacaq.
Təqdimat mərasiminə ədəbiyyatsevərlər dəvətlidir.

Qeyd edək ki, “Su sərgisi” Sərdar Aminin ikinci romanıdır. Müəllifin “Qaratoyuq nəğməsi” (2013) romanı və “Şeiraltı” (2015) şeirlər toplusu nəşr olunub.

“Su sərgisi” romanının satış ünvanları:
“Kitab Al”
(Hüseyn Cavid, 57V – E.Akademiyası metro st.)
(+994 55) 804-22-05
“Azərkitab”
(Məhəmməd Naxçıvani 1. (+994 12) 436-90-10

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00