A24 Xeber

Sərhəddə atışma – Düşmən susduruldu

Sərhəddə atışma – Düşmən susduruldu
1. 297 oxunma
27 Mart 2020 - 13:25

27 mart tarixində 12:00 radələrindən başlamaqla Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən A24.Az-a bildirilib ki, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş və snayper mövqeləri cavab atəşi ilə susdurulub. 

ÇOX BAXILAN FOTOLAR