Saakaşvili Ukraynadan çıxarılıb - VİDEO - YENİLƏNİB

Saakaşvili Ukraynadan çıxarılıb – VİDEO – YENİLƏNİB
Want create site? Find Free WordPress Themes and plugins.

 Mixeil Saakaşvili Ukrayna ərazisindən çıxarılıb.

A24.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bundan öncə qaldığı ölkəyə – Polşaya göndərilib.

Ukrayna Dövlət Sərhəd Xidməti (UDSX) xəbəri təsdiqləyib.

***

18:14

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyev şəhərində, “Suluquni” restoranının yaxınlığında saxlanılıb.

A24.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu onun dostu David Sakvarelidze deyib. O bildirib ki, M. Saakaşvili xüsusi təyinatlılar tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb

Hüquq-mühafizə orqanlarından isə qeyd olunub ki, M. Saakaşvili Miqrasiya Xidmətinin tələbi ilə saxlanılıb.

Xatırladaq ki, Kiyev məhkəməsi M. Saakaşvilinin qaçqın statusu almaqla bağlı apellyasiya şikayətini rədd edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar