Sabah Azərbaycan Prezident İlham Əliyevin andiçmə mərasimi keçiriləcək

Sabah Azərbaycan Prezident İlham Əliyevin andiçmə mərasimi keçiriləcək
Want create site? Find Free WordPress Themes and plugins.

Aprelin 18-də Azərbaycan Prezident İlham Əliyevin andiçmə mərasimi keçiriləcək.

A24.Az-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib.

 

Ə.Əhmədov qeyd edib ki, Konstitusiyanın tələblərinə əsasən, Prezidenin andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti istefa verir:

“Bundan sonra Nazirlər Kabinetinin formalaşdırılması Konstitusiya üzrə Prezidentin üzərinə qoyulmuş vəzifədir. Prezident öz istəyinə və görüşlərinə uyğun şəkildə bu vəzifəni icra edəcək və Konstitusiyaya müvafiq olaraq yeni Nazirlər Kabinetini formalaşdıracaq”.

Qeyd edək ki, bu gün Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclası keçirilib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev prezident seçkilərinin nəticələrini təsdiq edib və bildirib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev növbəti 7 il müddətində Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. İlham Əliyev səslərin 86,02 faizini topladığı üçün prezident elan edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar