Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Sabah Abşeron, Siyəzən, Astara, Ağdaş, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Noyabrın 4-də saat 10-dan 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-2” və “Masazır”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Qobustan” və “Yalama”, Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Şəmsabad” və “Göyçay-1”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Kətəlparaq” və “Azadqaraqoyunlu”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Şıxlı”, “Ağköynək”, “Gədəbəy” və “Daşkəsən” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Bərdə rayonunun Kətəlparaq, Ağdaş rayonunun Qəribli, Xosrov və Əmirmahmud, Göyçay rayonunun Potu, Cəyirli və Çararxı, Qazax rayonunun Ağköynək, Qarapapaq, Şıxlı 1, Şıxlı 2, Qaymaqlı və Kəmərli kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

a24.az” bildirir ki, SOCAR-ın mətbuat xidmətindən verilən məlumat görə, aparılan işlərin Bakının Xəzər rayonunun Türkan kəndinin, Abşeron rayonunun Masazır qəsəbəsinin, eləcə də Qobustan, Xaçmaz, Ağdam, Tərtər, Gədəbəy, Daşkəsən və İmişli rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar