Sabah çətir götürməyi unutmayın - HAVA PROQNOZU

Sabah çətir götürməyi unutmayın – HAVA PROQNOZU
Want create site? Find Free WordPress Themes and plugins.

Sabah Bakıda hava dəyişkən buludlu olacaq.

“A24.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 9-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqinorma daxilində 767mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı, gündüz isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 12-17, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar