Sabah hava kəskin dəyişəcək 

Sabah hava kəskin dəyişəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Hidrometeorologiya Departamentindən A24.Az-a verilən məlumata görə, iyunun 13-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 24-28° isti, Bakıda gecə 17-19° isti, gündüz 26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 civə sütununadək yüksələcək.Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

ETSN zəbərdarlıq edir ki, iyunun 12-dən 13-ü gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm

Müzakirə

A24.Az