Sabah hava küləkli olacaq 

Sabah hava küləkli olacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Aprelin 18-də Bakı və Abşeron yarımadasındahava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi  əsəcək, gündüz arabir güclənəcək.

A24.Az xəbər verir ki,  havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 13-18,  Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət  gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir  güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Aprelin 18-19-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq yarada bilər.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar