Meteohəssas insanlara xəbərdarlıq - HAVA PROQNOZU

Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

“A24.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 24-də şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə  21-25° isti, gündüz  31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz  33-35° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi norma daxilində 760 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %, gündüz  25-35 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  28-29° isti olacağı gözlənilir.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, günorta vaxtı isti temperatur diskomfortu və bəzi saatlarda havada yaranan durğunluq meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi gündüz  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz  34-39°,
dağlarda gecə 14-19° isti, gündüz  25-30° isti olacağı gözlənilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar