Sabah rayonlarda 46 dərəcə isti olacaq - HAVA PROQNOZU

Sabah rayonlarda 46 dərəcə isti olacaq – HAVA PROQNOZU
Want create site? Find Free WordPress Themes and plugins.

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

“A24.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-27, gündüz 40-43, Bakıda gecə 25-27, gündüz 40-42 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 50-60, gündüz 25-35 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 28-29, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Azərbaycanın rayonlarında iyulun 03-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 40-44, bəzi yerlərdə 46, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlığa görə, iyulun 03-04-də Abşeron yarımadasında isti hava dalğası ilə bağlı qızmar temperatur diskomfortu əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar