Sabah yağış yağa bilər - HAVA PROQNOZU

Sabah yağış yağa bilər – HAVA PROQNOZU
Want create site? Find Free WordPress Themes and plugins.

Oktyabrın 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

“A24.az” xəbər verir ki, ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz  17-20° isti, Bakıda gecə  13-15°, gündüz  18-20° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 765 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14°, gündüz  18-23° isti, dağlarda gecə 1-6°, gündüz 6-10° isti olacağı gözlənilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar