Sabah yağış yağacaq, şimşək çaxacaq -XƏBƏRDARLIQ

Sabah yağış yağacaq, şimşək çaxacaq -XƏBƏRDARLIQ
Want create site? Find Free WordPress Themes and plugins.

İyulun 13-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  21-24° isti, gündüz  29-34° isti, Bakıda gecə  22-24° isti, gündüz  31-33° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 45-55 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən, dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar