Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
Want create site? Find Free WordPress Themes and plugins.

Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentİndən A24.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq  küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə  23-27° isti, gündüz  37-41° isti olacaq.  Bakıda  gecə  25-27° isti, gündüz  38-40° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 50-60 %, gündüz 20-30 % olacaq.

Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu  27-28° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu  28-29° isti təşkil edəcək.

Qeyd olunub ki, Abşeron çimərliklərində davam edən anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11.00-17.00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Azərbaycanın rayonlarında səhər bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz  38-43° isti, dağlarda  gecə  17-22° isti, gündüz  26-31° isti təşkil edəcək.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar