Sabahdan başlayaraq Bakının bu küçələri bağlı olacaq - CƏDVƏL

Sabahdan başlayaraq Bakının bu küçələri bağlı olacaq – CƏDVƏL
Want create site? Find Free WordPress Themes and plugins.

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək “Formula 1” yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.

“A24.az” xəbər verir ki, Bakı Şəhər Halqasından verilən məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri son mərhələyə daxil olur və artıq martın 22-dən etibarən üst lay asfalt qatının çəkilməsinə başlanılacaq.

Bu səbəbdən, üst lay asfaltın döşənilməsi zamanı yarış trekinin tərkib hissəsi olan mərkəzi küçələr aprel ayının sonunadək, müxtəlif tarixlərdə olmaqla avtomobillərin hərəkəti üçün qismən bağlı olacaqdır.

Hərəkətin məhdudlaşdırılacağı həmin küçələr üzrə üst lay asfalt qatının döşənilmə tarixləri ilə təqdim edilən əlavədə göstərilib.

Qeyd edək ki, təqdim edilmiş bu iş qrafiki hava şəraitindən asılı olaraq dəyişə də bilər.

formula_road_200316

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar