Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Want create site? Find Free WordPress Themes and plugins.

İyulun 26-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb  küləyi əsəcək.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  21-24° isti, gündüz  30-34° isti, Bakıda gecə  22-24° isti, gündüz  32-34° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan  aşağı 754 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 75-85%,  gündüz 45-55% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz. Lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə  20-25° isti, gündüz  33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz  24-29° isti olacağı gözlənilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar