Sabahın hava proqnozu - Buludlu, yağmursuz

Sabahın hava proqnozu – Buludlu, yağmursuz
Want create site? Find Free WordPress Themes and plugins.

Avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  A24.Az-a verilən xəbərə görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti, Bakıda gecə 24-26° isti, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar