Sabahın havası bəzi insanlar üçün risklidir - HAVA PROQNOZU

Sabahın havası bəzi insanlar üçün risklidir – HAVA PROQNOZU
Want create site? Find Free WordPress Themes and plugins.

İyunun 29-da Bakıda və Abşeron yarımadasında  hava şəraitinin günəşli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. 

“A24.az”ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25, gündüz 35-39, Bakıda gecə 23-25, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti təşkil edəcək.

Çimərliklərdə cənub-şərq küləyi əsəcək. Temperaturun yüksək olması ilə əlaqədar günorta saatlarında günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etmək tövsiyə olunur.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 37-42, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, iyulun 2-dək Abşeron yarımadasında isti hava dalğasının təsiri nəticəsində gündüz qızmar temperatur diskomfortu, bəzi saatlarda durğun hava şəraitinin olacağı gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir.

Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar