Şabranda ağır qəza: yaralananlar var

Şabranda ağır qəza: yaralananlar var
Want create site? Find Free WordPress Themes and plugins.
Bu gün günorta saatlarında Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“A24.az” məlumat verir ki, hadisə Şabran-Ərəblər yolunun 1-ci km-də qeydə alınıb.

Abbasov Ceyhun Cəfər oğlunun idarə etdiyi 90 EC 102 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın Nadirşah Ağayevin idarə etdiyi 21 BD 091 dövlət qeydiyyatlı “Niva” markalı minik maşını ilə toqquşub. Qəzadan sonra “Niva” deformasiyaya uğrayıb, sürücü maşında sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin yardımı ilə sürücü maşından çıxarılıb.

Hər iki maşının sürücüsü müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Şabran MRX-dan APA-nın yerli bürosuna verilən məlumata görə, xəsarət alan şəxslərin vəziyyəti orta ağırdır.

Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Söhbət Talıbovun sözlərinə görə, hadisəyə səbəb “Mercedes”in “Niva”nın yoluna çıxması olub.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar