Şadlıq sarayları və restoranlar bunu etməsə cərimələnəcək – VİDEO

Şadlıq sarayları və restoranlar bunu etməsə cərimələnəcək – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Toylarda, restoranlarda və klublarda oxunan şeirlərə görə obyekt sahibləri həmin şeirlərin müəllifləri üçün əlavə ödəniş etməli olacaqlar. Bu, Nazirlər Kabinetinin qərarında öz əksini tapıb. A24.az xəbər verid ki, “XəzərXəbər” məsələni tamada, şadlıq evi sahibləri və hüquqşünaslarla araşdırıb.
Şadlıq evlərində tamadaların dediyi şeirlərə görə həmin şeirlərin müəlliflərinə əlavə pul ödəniləcək.
Bu, Nazirlər Kabinetinin 20 oktyabr tarixli 466 nömrəli qərarında öz əksini tapıb. Toylarda tamada kimi çıxış edənlər deyirlər ki, belə bir qərarın verilməsi onların gəlirlərinin azalmasına səbəb olacaq.
Hüquqşünas Xəyal Bəşirov deyir ki, müəllif hüququna görə şeirlərin müəlliflərinə ödəniləcək qonararı şadlıq evi, restoran, klub sahibləri ödəyəcək. Özü də toy mərasimləri üçün ödəniləcək məbləğ günlük olmalıdır.
Ancaq toy mərasimləri xaricində klublarda və restoranlarda isə müəllif hüququ üzrə ödənişlər aylıq olacaq.
Şadlıq evlərindən birinin inzibatçısı Habil Ağayev “XəzərXəbər”ə bildirdi ki, Bakı toylarında tamadaların iştirakı dəbdən düşmək üzrədir. Onun rəhbərlik etdiyi şadlıq evində tamadalığı daha çox müğənnilərin özlərinin etdiyini, onların da şeir oxumadıqlarını deyən Habil Ağayev qərarın onların fəaliyyətinə təsir etməyəcəyini bildirir. Ancaq ortada bir reallıq var ki, şadlıq evləri şeir deyilən toylarda öz qazanclarından tamadaların əvəzindən pul ödəməkdə maraqlı olmayacaq. Ona görə də bu vəsait elə dolayı yolla yenə tamadaların özlərindən alınacaq. Ya da ki, tamadalar yalnız özlərinin yazdıqları şeirləri oxuyacaqlar ki, əlavə pul ödəməsinlər.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar