Sağ olsa da, artıq məzarı hazırdır - məşhur meyxanaçı özünə qəbir qazdırıb - VİDEO

Sağ olsa da, artıq məzarı hazırdır – məşhur meyxanaçı özünə qəbir qazdırıb – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Sağ olsa da, artıq məzarı hazırdır. Bəli, indidən özünə məzar yeri hazırlayan şəxs hamınızın yaxşı tanıdığı meyxana ustadlarından biridir.

A24.Az bildirir ki, məşhur meyxanaçı Ağamirzə Məmmədov özü üçün qəbir yeri götürüb, hətta həmin yeri qazdırıb, içi lazımi qaydada hörülüb, üstünə isə torpaq tökülüb və demək olar ki, tam hazır vəziyyətə gətirilib.

Soyuq qış aylarında baş verən hadisədən çox keçmir ki, şair özünə qəbir sifariş edir. Onun sifarişini qəbul edən qəbirqazan əvvəlcə təəccüblənsə də, öz işini 2 günə təhvil verib.

Ailəsi, qohumları, tanıyan-bilən hər kəs şairi bu əməlinə görə qınasa da, sonradan ona haqq qazandırıb, hətta onun hazır qəbrinə şərik çıxmaq istəyənlər də olub.

Ümumiyyətlə, İslama görə hər bir müsəlman öz axirətini sağlığında düşünməlidir. Ustad sənətkara isə Allahdan uzun ömür diləyirik. /xezerxeber.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar