Şagirdlər Albert Eynşteyni “feysbukda mırt statuslar yazan kişi” kimi tanıdılar – FOTOLAR

Albert Eynşteyn dünyanın əsrlər boyu gəldiyi qənaətlərə ciddi təsir göstərmiş, dünyanın texniki təməllərini ciddi şəkildə silkələməyi bacarmış, fəlsəfi fikirləri ilə bir sıra elmləri xidmət göstərmiş alimdir.
Təəssüf ki, Azərbaycanda bu alim həm də lağ obyekti kimi tanınır. Bunun səbəbi bir sıra böyük feysbuk səhifələrinin mütəmadi fotomontaj edərək paylaşdıqları görüntülərdir.
Hansı ki, bu şəkillərdə alimin montaj olunmuş fotoşəkillərinin üzərinə “lağ-lağı” ifadələr yazılır, bununla da əksər səhifə istifadəçəlirinin rəğbətini qazanırlar.
Paytaxt təhsil müəssisələrindən birində təşkilatçı kimi çalışan, adının çəkilməsini istəməyən təhsil işçisinin A24.Az –a yazdığı məktub ilk baxışdan insanda təbəssüm yaratasa da, sosial şəbəkələrin uşaq və yeniyetmələr üzərində hökmü və onların formalaşmasına etdiyi təsiri yönündən çox düşündürücüdür:
“Salam. Bu hadisəni saytınızda müəyyən formada yaymağınızı xahiş edirəm. Orta məktəbdə təşkilatçı kimi çalışıram. Şagirdlərə Eynşetynin fikirlərindən sitat gətirdim. Bu zaman 8-ci sinif şagirdinin mənə verdiyi sualı sizinlə bölüşmək istəyirəm.
“Müəllim, hansı Eynşteyn? O feysbukda mırt statuslar yazan ağbaş kişi?”
Öncə düşündüm ki, bu statusların alimin adından zarafat olaraq yazıldığını demək istəyir. Qısa söhbətdən sonra sinifdə daha iki şagirdin də, Eynşteyni feysbuk fenomeni kimi tanıdıqlarının şahidi oldum”.
Kədərli məktubdan da göründüyü kimi həmin şagirdlərin valideynlərinin də çox güman ki, gerçək EYNŞTEYN haqqında məlumatı yoxdur. Əks halda uşaqlarına feysbukdan yanlış tanıdıqları “Eynşteyn”nin gerçək həyatda kim olduqlarını anladardılar.

A24.Az durumdan anlayışı olmayan insanların məlumatlandırmaq üçün sözügedən fotolardan bir neçəsini təqdim edir:

ens-2-copy

eyn-2-copy

eyn-2-copy

eyn-3-copy

eyn-4-copy

eyn-6

eyn-9

eyn-11

eyn-15

eyn-16

eyn-18

eyn9

eyn10

Sərdar Amin, A24.Az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR