A24 Xeber

Sağlamlıq imkanları məhdud olan tələblər təhsil haqqından azad edildi – ŞAD XƏBƏR

Sağlamlıq imkanları məhdud olan tələblər təhsil haqqından azad edildi – ŞAD XƏBƏR
1. 197
22 Fevral 2017 - 16:43

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud olan I və II qrup əlil tələbələri təhsil haqqından azad edib.

A24.Az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov özünün “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb.

Ekspert sözlərinə görə, uzun illərdir ki, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə yaxından məşğul olur:

“Onların təhsil haqqını ödəyə bilməməsi və işlə təmin olunması ilə bağlı məsələni gündəmə gətirdim. Bu zaman hörmətli millət vəkili Qənirə Paşayeva da məsələni diqqətdə saxladı və Təhsil Nazirliyi, başda nazir Mikayıl Cabbarov olmaqla həssaslıqla yanaşıb, işlə təmin olunma problemini qısa müddətdə aradan qaldırdılar. Bu gün Təhsil Nazirliyi daha böyük bir addım atdı. Qənirə xanım bir müddət əvvəl məndən sağlamlıq imkanları məhdud olan şagirdlərimin siyahısını istədi. Mən 15-ə qədər hazırda təhsil alan tələbələrin siyahısını təqdim etdim. Onların arasında dövlət universiteti ilə yanaşı, özəl universitetdə təhsil alan tələbələr də var idi. Bu gün həmin tələbələri oxuduqları universitetlərin rəhbərlikləri dəvət edib və onların hər birinə təhsil haqlarının Təhsil Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı ödəniş qəbzləri təqdim olunub”.

A24.Az məsələyə rəsmi münasibət öyrənmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyinin rəsmisi Cəsarət Valehov bildirib ki, bu haqda araşdırma aparılır:

“Məsələ ilə bağlı araşdırma aparırıq. Bu barədə Nazirliyə rəsmi sorğu göndərin”.

Sağlamlıq imkanları məhdud olan I və II qrup əlil tələbələri təhsil haqqından azad edilməsi ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərmişik. Məsələni diqqətdə saxlayacayıq…

Orxan Aslanlı, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00