Sahibkarlara xəbərdarlıq

Sahibkarlara xəbərdarlıq
Want create site? Find Free WordPress Themes and plugins.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti topdan və pərakəndə ticarətlə məşğul olan sahibkarlara xəbərdarlıq edib.

Dövlət Xidmətindən”a24.az”a bildirilib ki, satışda olan malın qiyməti barədə istehlakçılara zəruri və düzgün məlumatlar verilməlidir.

Bu cür məlumatların verilməməsi istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Belə hərəkətlərə yol verən sahibkarlar səkkiz yüz manatdan min manatadək miqdarda cərimə olunurlar.

Dövlət Komitəsindən sahibkarlara müraciətdə bildirilir ki, bu cərimələrə məruz qalmamaq üçün topdan və pərakəndə satışla məşğul olarkən aşağıdakıları yerinə yetirməlidirlər:

– satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş və arxa tərəfində isə maddi məsul şəxsin imzası (və ya təşkilatın möhürü) və doldurulma tarixi olan qiymət kağızının qoyulmasını;

– adı, çəkisi və növü qablaşdırma materialında (qutusunda) göstərilmiş malın üzərində isə mal vahidinin qiyməti (ədədin qiyməti) göstərilməklə, dəqiq tərtib edilmiş və arxa tərəfində isə maddi məsul şəxsin imzası (və ya təşkilatın möhürü) və doldurulma tarixi olan qiymət kağızının qoyulmasını;

Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmək mümkündür (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar