Sakaşviliyə Ukraynada leqal yaşamağa icazə verilib

Sakaşviliyə Ukraynada leqal yaşamağa icazə verilib
Want create site? Find Free WordPress Themes and plugins.

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşviliyə Ukraynada leqal yaşadığına dair sənəd verilib.

A24.az xəbər verir ki, M.Saakaşvili bu barədə özünün “Feysbuk” səhifəsində yazıb.

“Bu gün Miqrasiya Xidmətindən Ukrayna ərazisində leqal yaşadığıma dair sənəd aldım”, Saakaşvili yazıb.

Bununla belə, o məhkəmə vasitəsilə vətəndaşlığının bərpa edilməsinə çalışacağını bildirib. Bu ilin iyulunda Ukrayna prezidenti Petro Poroşenko Mixeil Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb. Miqrasiya Xidmətindən bildirilib ki, M.Saakaşvili vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar