%d1%81%d0%bd%d0%b8%d0%bc%d0%be%d0%ba

Sakinlərdən soruşduq: “İşığa qoyulan limiti keçib daha çox ödəyirsiniz, yoxsa…?”

Tarif (qiymət) Şurası 2016-cı il 28 noyabr tarixində keçirilən iclasında aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün elektrik enerjisinin qiyməti 1 kilovat-saat üçün 7 qəpik, həmin limitdən artıq istifadə edənlər üçün isə 11 qəpik müəyyən edildi.

A24.Az xəbər verir ki, daha sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Tarif (qiymət) Şurası elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq edilən güzəştli limiti artırdı. Belə ki, aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanıldı, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirildi.

Bəs, dekabarın 1-dən qüvvəyə minən bu qiymət artımı əhaliyə necə təsir? Əhaliyə qoyulan 300 kilovat-saatlıq limit bəs edirmi?

Bütün bu suallarla bağlı A24.Az redaksiyasının əməkdaşları şəhər sakinlərinə müraciət ediblər. Vətəndaşların verdikləri cavablar isə müxtəlif olub.

Həmin videosorğunu təqdim edirik:

Fərid Orucov, Brilyant Rəsulova, A24.Az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR