Salyanda baş verən yol qəzasında 3 nəfər yaralanıb

Salyanda baş verən yol qəzasında 3 nəfər yaralanıb
Want create site? Find Free WordPress Themes and plugins.

Salyanda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

a24.az” “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 56 yaşlı Mübariz Qabil oğlu Quliyev idarə etdiyi “Ford” markalı maşınla hərəkətdə olarkən “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “Ford”un sürücüsü M.Quliyev və “Mercedes”də olan Masallı rayon sakinləri – 1969-cu il təvəllüdlü Aidə Şükür qızı Ağacanova və onun bacısı qızı, 2009-cu il təvəllüdlü Aynişan Ramil qızı Qarazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili yardım maşını ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar