Salyanda idarə rəisini şantaj edərək külli miqdarda pul almış iş adamı həbs olundu

Salyanda idarə rəisini şantaj edərək külli miqdarda pul almış iş adamı həbs olundu
Want create site? Find Free WordPress Themes and plugins.

Səbail Rayon Məhkəməsində Daxili İşlər Nazirıiyi Baş İstintaq və Təhqiqat İdarəsinin təqdimatı əsasında Salyan rayon sakini, iş adamı, hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluqda şübhəli bilinən Cabbarov Elşən Mürsəl oğlu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib və o,1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur.

Elşən Cabbarov Bulat Ağabəyovun “hərəkətlərini” gizli kamera ilə lentə alaraq onu yayıb biabır etməmək müqabilində bir ilə yaxın müddətdə ondan hər ay 7 min manat pul almaqda şübhəli bilinir. Eyni zamanda E.Cabbarov onu ifşa etməmək müqabilində B.Ağabəyovla 60 min manat, B.Ağabəyovun göstərişi ilə sürücüsü Azərlə isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib. Beləliklə, Elşən Cabbarov Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə (182.3.2) və dələduzluq (178.3.2) maddələri ilə ağır cinayət törətməkdə ittiham olunur.

Bundan başqa, E.Cabbarovun Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq törətməkdə şübhəli bilindiyi deyilir.

Qeyd edək ki, Elşən Cabbarov Salyan rayonunda ən imkanlı ticarətçilərdən sayılırdı.//Virtualaz.org

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hərbi
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar