Şamaxıda VAZ və Qazel toqquşub: 2 nəfər ölüb

Şamaxıda VAZ və Qazel toqquşub: 2 nəfər ölüb
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 123-cü km-də, Şamaxı şəhərinin girişində rayonunda “Qazel” markalı yük avtomobili ilə “VAZ” markalı minik maşını toqquşub.

“A24.az” “Report”a istinadən xəbər verir ki, nəticədə “VAZ”da olan iki sərnişin – 1968-ci il təvəllüdlü Ucar rayon sakini Məmmədova Sima və 1985-ci il təvəllüdlü Göyçay rayon Qarayazı kənd sakini Məmmədov Elmin Zülfiqar oğlu dünyasını dəyişib.

Qəza zamanı həmçinin “VAZ”ın Göyçay rayonunun Qarayazı kədindən olan 1998-ci il təvəllüdlü sürücüsü Cabbarov Vasif Asif oğlu, eləcə də, “Qazel”in Şamaxı rayonundan olan 1968-ci il təvəllüdlü sürücüsü Feyzullayev Əflatun Əlqardaş oğlu və onun 1991-ci il təvəllüdlü qohumu Feyzullayev Neymət Əlzaman oğlu xəsarət alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşadırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar