Samir Piriyevdən benzinin bahalaşmasına "velosiped"li ETİRAZ

Samir Piriyevdən benzinin bahalaşmasına “velosiped”li ETİRAZ
Want create site? Find Free WordPress Themes and plugins.

Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilməsi xəbərinə məşhurlarımız da münasibət bildirib.

A24.Az xəbər verir ki, müğənni Samir Piriyev öz “İnstagram” səhifəsində velosiped şəkili paylaşaraq belə yazıb: “Bundan sonra şəhərdə məni yolda belə görsəniz təəccüblənməyin. Çalışacam ki, velosipeddən çox istifadə edim. Sağlam həyatı sizə də məsləhət görürəm, əzizlərim”.

Rejissor Kənan Mahmudov da sosial mediada münasibətini belə bildirib: “Allah ayaqlarımıza dəyməsin, eybi yox, piyada gəzərik. Maşınımız olmasa da olar. Mən də bu millətin vətəndaşıyam. Yaşasın metro!”

Brilyant Rəsulova // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Şou-biznes, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar