“Samsung” bu il 60 milyon “Galaxy S8” smartfonu satacaq

“Samsung” bu il 60 milyon “Galaxy S8” smartfonu satacaq
Want create site? Find Free WordPress Themes and plugins.

“Samsung” şirkəti 2017-ci ildə 60 milyon ədəd “Galaxy S8” smartfonu satmaq niyyətindədir.

A24.Az İKT.lent.az-a  istinadən xəbər verir ki, texnologiya nəhəngi tərəfdaşlarından 60 milyon ədəd cihaz üçün komplektlər istehsal edilməsi ilə bağlı xahiş edib.

Bu rəqəm şirkətin daha əvvəlki illərdə reallaşdırdığı flaqmanların həcmindən ciddi şəkildə üstündür. Belə ki, 2015-ci ildə Cənubi Koreya tərtibatçıları tərəfindən 45 milyon ədəd “Galaxy S6” cihazı istehsal edib. Sonuncu “Galaxy S7” flaqmanı isə 48 milyon ədəd satıla bilib.

Mənbə həmçinin qeyd edib ki, “Samsung Galaxy S8” smartfonunun kütləvi istehsalına mart ayında başlanılacaq. Aprel ayında isə cihaz mağaza piştaxtalarına çıxarılacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar