“Samsung” istifadəşiləri şirkətin bu ADDIMINA etiraz etdilər

“Samsung” istifadəşiləri şirkətin bu ADDIMINA etiraz etdilər
Want create site? Find Free WordPress Themes and plugins.

“Reddit” portalının istifadəçiləri iddia edirlər ki, “Samsung”un istehsalı olan smartfonlar istifadəçidən icazəsiz onun albomundakı şəkli göndərə bilər.

A24.Az “ria.ru” saytına istinadən xəbər verir ki, müzakirə iştirakçılarından birinin sözlərinə görə, ona məxsus “Galaxy S9+” smartfonu bütün şəkil qalereyasını SMS ilə onun sevgilisinə göndərib. Eyni problemlə üzləşmiş başqa istifadəçi qeyd edib ki, mesajların göndərilməsi mobil operatorun loq fayllarında qeyd edilməsə də, ancaq fayllar göndərilib.

Məlum olub ki, başlanğıc ayar kimi SMS göndərilməsi üçün istifadə edilən “Samsung Messages” proqramının yenilənməsindən sonra boşluq yaranır. İstifadəçilər bu problemin həlli üçün Cənubi Koreya şirkətinin sahiblərinə proqramın cihazın daxili yaddaşına girişini deaktiv etməyi təklif ediblər.

“Samsung” hələ ki bu səhv haqqında informasiya ilə bağlı məlumat verməyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar