Sarkisyan KONKRET DANIŞDI: "Biz geri çəkilməyəcəyik"

Sarkisyan KONKRET DANIŞDI: “Biz geri çəkilməyəcəyik”
Want create site? Find Free WordPress Themes and plugins.

“Ekspertlər, siyasətçilər, siyasi xadimlər vaxtaşırı Dağlıq Qarabağ məsələsini açmaq üçün fürsət axtarırlar. Əsas reallıq budur ki, bunlar variant yox versiyalardır”.

A24.Az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin Yeni il iclasında Ermənistanın prezidenti Serj Sarkisyan deyib:

” Mən çox aydın şəkildə bəyan edirəm ki, hələlik heç bir ictimai versiya dəqiq bilinmir, təfərrüatlar uzun müddət müzakirə olunur. Dəqiq nəticələr əldə etmək üçün uzun müddət çalışırıq”.

Dövlət başçısı qeyd edib ki, hazırda 2007-ci ildə keçirilən Madrid sammitinin prinsiplərindən başqa heç bir variant yoxdur. Onun sözlərinə görə, ən azı 2 səbəb var ki, cəmiyyətə detallar haqqında heç bir məlumat verilmir. Onlardan biri – “əgər hər şey razılaşdırılmayıbsa, deməli razılaşdırılmış heçnə yoxdur”dur.

Prezident həmçinin qeyd edib ki, Ermənistan dövlətinin danışıqlar prosesində bir məqsədi var- Dağlıq Qarabağın müəyyən statusa malik olması: “Biz bu prinsipdən geri çəkilməyəcəyik. Biz sülh dəyərlərini yaxşı bilirik. Təsadüfü deyil ki, xarici siyasətimizin sütunu münaqişəni sülh yolu ilə həll etmək, güc istifadəsinin və insanlığa qarşı cinayətlərin qarşısını almaqdır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar