Sarkisyanın BAŞ NAZİR vəzifəsinə namizədliyi irəli sürüldü

Sarkisyanın BAŞ NAZİR vəzifəsinə namizədliyi irəli sürüldü
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Ermənistanın hakim partiyası – Respublika Partiyasının icra orqanının toplantısı keçirilib.

A24.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, iclasda partiyanın lideri, sabiq prezident Serj Sarkisyan ölkənin baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb. Partiya sədrinin müavini, baş nazir Karen Karapetyan bu vəzifəyə S. Sarkisyanın namizəd göstərilməsi təklifi ilə çıxış edib. Müzakirədən sonra təklif yekdilliklə qəbul olunub.

Respublika Partiyasının parlament fraksiyası aprelin 16-da baş nazir postuna rəsmən S. Sarkisyanı namizədliyini irəli sürəcək.

Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin icra səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar