Saxta diplomla işləyən qadın ilin müəllimi seçildi

Saxta diplomla işləyən qadın ilin müəllimi seçildi
Want create site? Find Free WordPress Themes and plugins.

19 il saxta diplomla müəllimlik edən qadın dövlətdən aldığı maaşları faizilə ödəyəcək.

“A24.az” bildirir ki, məlum hadisə Türkiyənin Trabzon şəhərində qeydə alınıb. Özünü Ankara Universitetinin məzunu kimi təqdim etmiş Rukiye G.S. adlı qadının diplomunun saxta olduğu üzə çıxıb.

“Müəllimə” barəsində 4 il 12 ay müddətinə azadlıqdan məhrumedilmə cəzası istənilsə də, bu tələb qəbul edilməyib və onun 2005-2016-cı illər arasında dövlətdən aldığı əməkhaqqı araşdırılaraq məhkəməyə təqdim olunub. Belə ki, bu illər ərzində o, dövlətdən aldığı 330 min 578 lirəni (təxminən 166 min manat) faizi ilə geri ödəyəcək.

Qeyd edək ki, Türkiyə Təhsil Nazirliyi tərəfindən 2005-ci ildə ilin müəllimi seçilən qadın 1 ildən sonra təqaüdə çıxacaqmış.

Qaynarinfo.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar