Saxta diplomlu müəllimlər bu müddətdə müəyyənləşdirilib qovulur

Saxta diplomlu müəllimlər bu müddətdə müəyyənləşdirilib qovulur
Want create site? Find Free WordPress Themes and plugins.

Müəllimlərin işə qəbulundan (MİQ) kənarlar və saxta diplomlularla bağlı A24.Az olaraq nəzərinizə çatdırırıq.

MİQ-dən kənarlarla bağlı

2013-cü ildən bu yana MİQ-də iştirak edərək hazırki iş yeri üçün keçid balını toplayan, lakin MİQ-dən kənar yolla işə qəbul edilmiş müəllimlərin daimiləşməsi əmrləri gələn həftə Təhsil Nazirliyi tərəfindən müəyyən  yerlərə göndəriləcəkdir.

2013-dən bu yana MİQ-də keçid balını toplamayan və ya iştirak etməyən müəllimlər, köçürmə yolu ilə gələnlər MİQ-də iştirak edəcəklər. Keçid balını topladıqları halda, hazırki iş yerləri üzrə onlarla müddətli əmək müqaviləsi bağlanılacaq. Tədris ilinin sonunda fəaliyyətləri müsbət qiymətləndiriləcəyi halda, onlarla əmək müqaviləsi daimiləşəcək.

Saxta diplomlularla bağlı diaqnostik qiymətləndirmə  zamanı dövlət nümunəli diplomu olmadığı müəyyənləşdirilmiş müəllimlər maksimum 6 saatadək dərs verilməklə öz yerlərində saxlanılırlar.

2015-ci ildə DQ-də iştirak etmiş və yüksək nəticə göstərmiş bu qəbildən olan müəllimlərə isə bir qədər artıq dərs saatı veriləcək.

Keçiriləcək DQ-də və MİQ-də bu qəbildən olan müəllimlərin iştirakına icazə verilməyəcəkdir.

Bu qəbildən olan müəllimlərlə bağlı yekun qərar bütün hüquqi prosedurlar tamamlandıqdan sonra veriləcəkdir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar